!Reklam

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Rusiya Federasiyasının vətəndaşları Bayramov Mustafa Nəriman oğlu, Elizarov Viktor Yevqenyeviç və Kozlov Mixail Vyaçeslavoviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair Rusiya Federasiyası Baş Prokurorluğunun vəsatətləri Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Hər bir insanın, xüsusilə də yaradıcı adamların özüylə üz-üzə qaldığı, dərdləşdiyi, bütün məlhəm duyğularına qucaq açdığı bir və ya bir neçə köşəsi olur. Olmayanda, yaxud əli çatmayanda isə özünə çəkilir insan. Öz içinin köşəsinə... Bura, hətta özü ilə üz-üzə qalanda da rahatlıq tapmayanların son sığınacağıdı... Kimsəsizliyin, tənhalığın, səssizliyin lövbər saldığı, küləklərin belə pıçıltıyla əsib keçdiyi, dalağaların sahilə çatmadan xəfifcə geriyə qayıtdığı liman, dünyanın ən ucqar nöqtəsində, kimsənin ayaq basmadığı, əbədiyyətin sükuta büründüyü dayanacaqdı...