Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
“Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyi məhkum qadınların maariflənməsi istiqamətində “Bir kitab,bir həyat” layihəsini davam etdirir.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində “Türk Dünyasında İnstitutlaşma: XXI əsrdə Türk Dövlətləri Təşkilatı (TDT)” mövzusunda keçirilmiş panel müzakirələrində çıxış edib.
Ağsu Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən profilaktik tədbirlər zamanı sürücülük hüququ olmadan, sərxoş vəziyyətdə avtomobil idarə edən Rafiq Umudov və narkotik vasitənin təsiri altında sükan arxasında əyləşən Fərəc İsgəndərzadə saxlanılıblar.
Milli Məclisin sədri Sahibə Qafarova martın 1-də ölkəmizdə səfərdə olan Almaniya Federativ Respublikası Bundestaqının Hüquq siyasəti komitəsinin sədri Elizabet Vinkelmayer-Bekerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycançılıq xalqın ümummilli mənafelərin qorunması istiqamətində səfərbər edilməsi deməkdir. Bu ideologiya Ulu öndər Heydər Əliyevin cəmiyyətimizə verdiyi universal dəyərlər sistemindən biridir. Hər bir azərbaycanlı özünü xalqın bu vaxta qədər yaratdığı milli-mənəvi dəyərlər sisteminin varisi hesab etməlidir. Həmçinin onu zənginləşdirmək üçün fəaliyyət göstərməlidir.