!Reklam

Azərbaycan Texniki Universitetinin (AzTU) “Elektronika” kafedrasının dosenti koronavirusdan vəfat edib. Bu barədə Universitetin mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, kafedranın dosenti Oqtay Sadıqov 66 yaşında koronavirusdan vəfat edib: “AzTU kollektivi Oqtay Sadıqovun vəfatından kədərlənir, ailəsinə və yaxınlarına səbr diləyir. Allah rəhmət eləsin!”