Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycanda ucuzlaşan və bahalaşan məhsullar - SİYAHI

2020-ci ilin yanvar-iyun aylarında Azərbaycanda istehlak qiymətləri indeksi 2019-cu ilin yanvar-iyun aylarına nisbətən 103,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,5 faiz, qeyri-ərzaq məhsulları üzrə 101,3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 101,0 faiz təşkil edib.

Yenicag.az-ın məlumatına görə, cari ilin iyun ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox ucuzlaşma təzə balığın, pasterizə olunmamış üzlü südün, kəsmiyin, qarğıdalı yağının, limonun, bananın, gilasın, alçanın, əriyin, şaftalının, çiyələyin, qurudulmuş meyvələrin, qozun, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, bibərin, badımcanın, göy lobyanın, çuğundurun, yerkökünün, sarımsağın, soğanın, təzə göbələyin, kartofun, quru noxudun, bahalaşma isə əsasən yumru düyünün, qarabaşaq və manna yarmasının, vermişelin, sterilizə olunmuş üzlü südün, qatılaşdırılmış şəkərli südün, yoqurtun, xamanın, brınza pendirinin, yumurtanın, süfrə marqarininin, almanın, armudun, göyərtinin, mərcinin, qəhvənin, kola içkisinin, meyvə şirəsinin, arağın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Cari ilin iyun ayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox bahalaşma pambıq parçaların, sulu boyaların, divar kağızlarının, laminat parketin, dəhliz üçün mebelin, xalçaların, kondisionerlərin, ventilyatorların, təsərrüfat sabununun, tibb termometrlərinin, ucuzlaşma isə əsasən kəsilmiş taxtaların, sementin, kərpicin, elektrik ütülərinin, televizorların, mobil telefonların qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2020-ci ilin iyun ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,9 faiz, əvvəlki ilin iyun ayına nisbətən 101,2 faiz təşkil edib. Əvvəlki aya nisbətən indeksin artması cari ilin aprel və may ayları üçün əhali qrupu üzrə tətbiq edilmiş elektrik enerjisinin güzəştli istehlak limitinin müddətinin başa çatması səbəbindən elektrik enerjisinin orta qiymətinin artması, habelə stomatoloji və qanın ümumi analizi xidmətlərinin qiymətlərində bahalaşmanın müşahidə olunması ilə bağlı olub.

Loading...

www.yenicag.az

534
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100