Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Məlum olduğu kimi, İlham Əliyev fevralın 7-də keçirilən Prezident seçkilərində qalib gəlib. Fevralın 14-də Milli Məclisdə Prezident İlham Əliyevin andiçmə mərasimi keçirilib. Bu gün isə Milli Məclisdə İlham Əliyevin təqdimatına əsasən Əli Əsədovun Baş nazir vəzifəsinə təyin edilməsinə razılıq verilməsi barədə məsələ müzakirə edilib. Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.
Prezident İlham Əliyevin fevralın 14-də keçirilən andiçmə mərasimindəki çıxışı bir çox cəhətdən ciddi mesajları özündə əks edirdi. “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” mesajı bu baxımdan xüsusi diqqət çəkir. Prezidentin Milli Məclisin tribunasından ifadə etdiyi bu mövqe illərlə yad dəyərlərlə bizi yanıltmaq, gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışdıqları saxta proseslərin yerlə-yeksan edilməsi idi.
Ləğv prosesində olan “Azərsığorta” ASC-nin kreditorları bu il aprelin 16-na qədər tələblərinin ödənilməsi üçün şirkətin baş ofisinə (Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 31 ünvanına) müraciət etməlidirlər.
"Prezident İlham Əliyev andiçmə mərasimində qeyd etdi ki, Azərbaycanda yeni dövr başlayır. Baş nazir Əli müəllimdən soruşmaq istəyirəm ki, bu dövr özünü nədə göstərəcək?"
2021-ci il noyabrın 27-də, saat 21 radələrində Sabunçu qəsəbəsi ərazisində 1996-cı il təvəllüdlü İrşad Əliyev və dostu 2000-ci il təvəllüdlü Fərid Əliyevə bıçaqla xəsarətlər yetirilib. Yetirilmiş xəsarətlər nəticəsində Fərid Əliyevin xəstəxanada həyatını itirib.