Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Putin Qurandan ayə oxudu - Ərdoğanın üzündəki ifadə – VİDEO

Dünən Ankarada baş tutan Türkiyə-Rusiya-İran üçtərəfli Sammit zamanı Rusiya prezidenti Qurani-Kərimdən ayə oxumaqla diqqət çəkib.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, Suriya məsələsinin müzakirə edildiyi Sammitdə Rusiya prezidenti Vladimir Putin Qurandan ayə səsləndirib.

Belə ki, üçtərəfli görüşdə Ərdoğan və Ruhanidən sonra çıxış edən Putin danışıqlar üçün bir araya gəldiyi ölkələrin və liderlərinin müsəlman olduqlarını vurğulayaraq, Qurani-Kərimdən ayə deyib.

Putin “Əli İmran” surəsinin 103-cü ayəsində yer alan “Siz bir-birinizə düşmən idiniz. Allah sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizə qardaş oldunuz” ifadələrini səsləndirərək, sülhə çağırış edib.

Firuzə Alimova

www.yenicag.az

3158
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100