Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Putin, Ruhani, Tokayev... - Mikroavtobusda SELFİ - FOTO

Ötən gün İrəvanda keçirilən Avrasiya İqtisadi Əməkdaşlıq Şurasının toplantısında iştirak edən dövlət başçıları çəkdirdikləri fotoşəkillə sosial şəbəkələrin “ulduz”una çevriliblər.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, mikroavtobusda çəkilən selfini Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabından paylaşıb.

Rusiya prezidenti Vladimir Putin, Qazaxıstan prezidenti Kasım Comərt Tokayev, İran prezidenti Həsən Ruhani, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov, Moldova prezidenti İqor Dodon və Ermənistan baş naziri Nikol Paşinyan Şuranın iclasından sonra mikroavtobusda selfi çəkidiriblər.

Paşinyan selfini sosial şəbəkədə bu qeydlə paylaşı: “Avtobus selfisi… Bu qısa müddət ərzində vacib məsələləri həll etdik”.

Qeyd edək ki, İran prezidenti Həsən Ruhani və Sinqapur prezidenti Li Hsien Lun Şuranın iclasına qonaq qismində qatılıblar.

Firuzə Alimova

www.yenicag.az

1617
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM