Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

"Qaçqın" Hakan Şükürün lüks yaşamı FETÖ-cüləri parçaladı - FOTOLAR

FETÖ terror təşkilatının Türkiyədə dövlət çevrilişinə cəhdindən sonra ABŞ-a qaçan Hakan Şükürün yeni fotoları yayılıb.

Yenicag.az xəbər verir ki, haqqında həbs qərarı çıxarılan sabiq millət vəkili San-Fransisko şəhərində lüks həyatı ilə diqqət çəkib.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, o, sözügedən şəhərdə 3 milyon dollarlıq evdə 6850 dollar qarşılığında kirayədə qalır. Bundan başqa veteran futbolçu lüks avtomobilləri ilə də diqqət çəkib.

Yayılan məlumata görə, “tuts Bakery-Cafe” adlı restoran açan Hakan Şükür buranı FETÖ üzvlərinin görüş yerinə çevirib.

Qeyd edək ki, H.Şükürlə bağlı bu şəkil FETÖ-nu dəstəkləyənlər arasında da birmənalı qarşılanmayıb. Həbsdə olanların yaxınları Gülənin yaxın çevrəsinin xaricdə kef çəkdiyini, əzabı isə onların çəkdiyini dilə gətiriblər.

Onu da qeyd edək ki, Hakan Şükür Fətullah Gülənin mənəvi oğlu sayılır.

www.yenicag.az

3706
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM