Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qanunsuz ağac kəsənlər saxlanıldı - Bərdədə

Bərdədə qanunsuz ağac kəsənlər saxlanılıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, saat 21:00 radələrində bir qrup şəxs rayonun Koroğlu küçəsində olan şam və çinar ağaclarını kəsməyə başlayıb.

Sakinlərin verdiyi məlumata görə, bu zaman 50 şam ağacı və 3 “Qırmızı kitab”a düşmüş xan çinar ağacı, eləcə də 40-a qədər gül kolu və 15 ədəd digər ağac növləri kəsilib.

Rayon polis şöbəsinin əməkdaşlarının hadisəyə müdaxiləsindən sonra işlər dayandırılıb. Ağacların ərazidən daşınması üçün nəzərdə tutulan texnika cərimə meydançasına, ağacları kəsən şəxslər isə polis şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Loading...

www.yenicag.az

1029
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100