!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Qarabağ"dan 2,5 milyonluq transfer? - Klubdan açıqlama

!Reklam – Yazi

Son Azərbaycan çempionu “Qarabağ” heyətini ukraynalı futbolçu Yevgeni Xaçeridi ilə gücləndirə bilər.

Yenicag.az xəbər verir ki, bu iddia ilə Yunanıstan mətbuatı çıxış edib.

Yayılan məlumata görə, Ağdam klubu PAOK-un 31 yaşlı müdafiəçisi üçün rəsmi təklif də göndərib.

Lakin saytımıza açıqlama verən “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumatı təkzib edib. O, adıçəkilən futbolçuya təklif göndərmədiklərini bildirib:

“Biz Reynaldodan başqa heç kimi transfer etməmişik. Futbolçunun Azərbaycan adını çəkdiyi zaman ağıla “Qarabağ”ın adının gəlməsi normaldır. Kimsə bizə hansısa futbolçunu təklif edə bilər. Amma biz heç bir futbolçuya rəsmi təklif göndərməmişik”.

Qeyd edək ki, PAOK-la 2021-ci ilin yayına kimi müqaviləsi olan Xaçeridinin transfer məbləğinin 2,5 milyon avro olduğu bildirilir.

Onu da bildirək ki, Yevgeni Xaçeridinin özü də Azərbaycandan təklif aldığını açıqlayıb.

Emin Səfərov

www.yenicag.az

4731
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv