Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

"Qəbələ" PolŞADan qayıdır - Təmsilçimiz növbəti mərhələdə! + VİDEO

Reklam: Sinerji Pro

Bu gün UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinə yekun vurulub.

Yenicag.az xəbər verir ki, son Azərbaycan çempionatının gümüş mükafatçısı “Qəbələ” Polşada “Yagelloniya”nın qonağı olub.

Bakıda keçirilən oyunda rəqibi ilə 1:1 hesabı ilə oynayan Roman Qriqorçukun komandası, növbəti mərhələnin taleyini səfərdə həll edib.
Təmsilçimiz “Yagelloniya”nı 2:0 hesabı ilə məğlub edərək, adını növbəti mərhələyə yazdırıb.

“Qəbələ” III təsnifat mərhələsində Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşacaq.

UEFA Avropa Liqası

II təsnifat mərhələsi, cavab oyunu
20 iyul
22:30. “Yagelloniya” (Polşa) – “Qəbələ” (Azərbaycan) – 0:2
Qol: İlqar Qurbanov, 18, Filip Ozobiç, 89

İlk oyun – 1:1

Baş hakim: Konstasntin Sebastian Koltesku
Baş hakimin köməkçiləri: Radu Adrian Stefan Qinquleaç, Vladimir Urzika
Dördüncü hakim: George Katalin Qaman (hamısı Rumıniya)

Yenicag.az

www.yenicag.az

870
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100