!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qlobal bazarlarda MÜSBƏT TENDENSİYA: İnvestorlar nədən narahatdır?

!Reklam – Yazi

ABŞ Federal Ehtiyat Sisteminin (FED) monetar sərtləşdirmə siyasətinə son qoyacağına dair gözləntilər fonunda qlobal bazarlar müsbət tempi saxlamaqdadır.

Yenicag.az “Haber Global”a istinadən xəbər verir ki, buna baxmayaraq, İsrail və HƏMAS arasında intensivləşən qarşıdurma investorların diqqət mərkəzindədir.

İnflyasiya ilə mübarizə çərçivəsində başda FED olmaqla, təqribən 2 il müddətində faiz siyasətini artıran mərkəzi bankların bu tempi aşağı salma ehtimalı artır.

FED-in bu addımlarının sonlandırılmasına yönəlik gözləntilər fonunda ABŞ-ın 10 illik istiqraz faizi dünən təqribən 15 bənd azalaraq 4,67 faizə düşüb. Bu gün isə həmin göstərici 4,65 faiz səviyyəsində qeydə alınıb.

Analitiklər bildirirlər ki, FED-in bu gün açıqlanacaq iclas protokollarında mövzu ilə bağlı mümkün siqnallar bazarlardakı dəyişikliyi ehtiva edir və həmçinin İstehsalçı Qiymət İndeksi (İQİ) məlumatları da investorların diqqət mərkəzindədir.

www.yenicag.az

197
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv