Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Rafiq Hüseynovun xanımı: "Ağırdır, həkimlər kömək edə bilmir" - SON DƏQİQƏ  

Türkiyədə əməliyyat keçirən xalq artisti, tanınmış diktor Rafiq Hüseynovun vəziyyəti qəfildən ağırlaşıb.

Yeniçag.az-a açıqlama verən məşhur diktorun həyat yoldaşı Səbinə Hüseynova onun vəziyyətinin ağır olduğunu deyib:

“Gecə səhərəcən yanında qalmışam, özünü çox zəif hiss edir. Həkimlər gecə onu reanimasiyadan palataya keçirtdilər. Reanimasiyada demək olar ki, huşsuz vəziyyətdə idi. Həkimlər dedilər ki, dava-dərmanları qəbul edəndən sonra vəziyyəti düzələcək. Amma bu dəqiqələrə qədər onun səhhəti yaxşılaşmayıb, ağırdır. Yemir-içmir, danışmır. Bircə huşu özündədir. Onu bu halda görmək mənim üçün ağırdır. Onun üçün dua edirik”.

S. Hüseynova bildirib ki, həkimlər xalq artistini kritik vəziyyətdən çıxartmaq üçün mübarizə aparırlar. Amma hələ ki, buna nail ola bilmirlər.

Qeyd edək ki, ağciyər xərçəngindən əziyyət çəkən Rafiq Hüseynov son 10 gündə iki dəfə ağır əməliyyat keçirib.

Cəvahir

www.yenicag.az

4531
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM