Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Ruslana Bakıya ona görə gəlir

Ukraynanın xalq artisti Ruslana Bakıya gəlir.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, müğənni oktyabrda paytaxtımızda qonaq olacaq. Müğənni yeni layihəsi çərçivəsində yaxın vaxtlarda Bakıda bir neçə təqdimat keçirtməyi planlaşdırır.

Qeyd edək ki, “Eurovision-2004” musiqi yarışmasının qalibi Ruslana Azərbaycan muğamına böyük maraq göstərir. Sənətçi Alim Qasımovla duet oxumaq arzusundadır. O, bu arzusunu hələ 2012-ci ildə Bakıda Eurovision Mahnı Müsabiqəsinin Açar Təqdimetmə mərasimində Alim Qasımovun ifasında “Sarı gəlin” mahnısını dinləyən zaman dilə gətirib. Ruslana səhnə arxasında sənətkarla görüşərək ifasına valeh olduğunu bildirib.

Onu da qeyd edək ki, Ukraynada sevilən sima olan Ruslana 2016-cü ildə deputat seçilsə də, mandatdan imtina edib.

Cəvahir

www.yenicag.az

3490
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM