Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Senat Trampın səfir namizədini təsdiqlədi: “Təhlükəsizlik və enerji...” – Politoloq

Reklam: Sinerji Pro

ABŞ Senatı prezident Donald Trampın Azərbaycana səfir postuna irəli sürdüyü Dövlət Departamenti hərbi-syasi məsələlər bürosunun baş müşaviri Erl Litsenbergerin namizədliyini təsdiq edib.

Bu təyinatı Yenicag.az-a şərh edən politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Litsenbergerin namizədliyinin təsdiqlənməsi ABŞ-ın Azərbaycanla bağlı siyasətində təhlükəsizlik və enerji məsələlərini əsas prioritetlər kimi saxlayacağını söyləməyə əsas verir:

“ABŞ-ın siyasətdəki yanlışlıqlarından biri də səfirlərin təyinatının gecikməsidir. Rusiya və başqa ölkələrin səfirlərinin təyinatında heç vaxt problem olmur, amma Amerika səfirlərinin təyinatı gecikir. Prezident namizədini irəli sürür, aylarla vaxt keçir, Konqresdə dinləmələr…

Yeni səfirin tərcümeyi-halı ilə mən də tanışam. Amerika Azərbaycanla münasibətlərində təhlükəsizlik və enerji məsələlərinə önəm verdiyinə görə o şəxsi səfir təyin edib.

Fikir versəz, bu il ərzində Trampın Azərbaycan prezidentinə yazdığı üç-dörd məktub olub və onların hamısında ən önəmli məsələlərdən biri kimi təhlükəsizlik və enerji məsələləri göstərilib.

Həqiqətən də, Amerikalı diplomatlar, Dövlət Departamenti Azərbaycanın enerji resurlarının Avropa bazarlarına çıxarılmasına sıx dəstək verirlər. Bunu prezident İlham Əliyev də hər zaman vurğulayıb. Ona görə də düşünürəm ki, yeni səfirin fəaliyyətinin ana xəttini də məhz bu istiqamətlər təşkil edəcək”.

www.yenicag.az

2823
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100