!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müharibəni pisləyən Avropanın Rusiya ilə iqtisadi əlaqələri: "Müqavilələrə xitam vermək..." - İqtisadçı

!Reklam – Yazi

“Rusiyanın nəfəsini kəsəcəklər və bu vaxt uzaqda deyil”.

Bunu Avropa İttifaqının xarici әlaqәlәr vә tәhlükәsizlik siyasәti üzrә ali nümayәndәsi Cozef Borrelin Ukrayna-Rusiya müharibəsi başlayandan bu günə qədər enerji məsələlərilə bağlı Rusiyaya 35 milyard avro ödənilməsi fonunda Ukraynaya sadəcə 1 milyard avro hərbi yardım ayrılması barədə səsləndirdiyi faktlara münasibət bildirən iqtisadçı Nazim Bəydəmirli Yenicag.az-a açıqlamasında deyib.

Nazim Bəydəmirli bildirib ki, Rusiya ilə iqtisadi əlaqələri birdən-birə kəsmək mümkün deyil:

“İsənilən müharibə dağıntılar, çox ciddi fəsadlar törədir. Hesab edirəm ki, Rusiya heç bir müqaviləyə, öhdəliklərə sadiq olan ölkə deyil.

Hər kəsə məlum idi ki, Rusiya ilə iqtisadi əlaqələri birdən-birə kəsmək mümkün deyil. Bu nə Avropaya sərf edir, nə də Rusiyaya. Avropa Birliyi Rusiyadan enerji asılılığını azaltmalıdır. Avropada əsas ölkələrdən Fransa və Almaniya da buna razılaşıblar. Hesab edirəm ki, Avropa Birliyi ölkələrinin Rusiyadan mal alışı müvəqqəti xarakter daşıyır. Müqavilələrə xitam vermək mümkün deyil”.

Səxavət Məmməd

www.yenicag.az

773
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv