Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Seroloji testlərin ƏHƏMİYYƏTİ: “İnsanların çoxunun virusa yoluxmalarından xəbəri olmur” - Nəzrin Mustafayeva

“Biz bununla əhalinin hansı hissəsinin xəstəliyi keçirib-keçirmədiyini bilmiş olacağıq”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında pandemiya ilə mübarizə tədbirləri çərçivəsində əhali qrupları arasında seroloji testlərin keçirilməsinin əhəmiyyətindən danışan TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun infeksionisti Nəzrin Mustafayeva deyib.

Nəzrin Mustafayevanın sözlərinə görə, testlərin aparılmasında əsas məqsəd koronavirusa qarşı immmunitetin səviyyəsini yoxlamaqdan ibarətdir:

“Seroloji testlərin aparılmasında məqsəd əhali arasında koronavirusa qarşı immmunitetin səviyyəsini yoxlamaqdır. Virusa yoluxanların əksəriyyəti bunu yüngül keçirdiyindən, yoluxduqlarından da xəbərləri olmur.

Ancaq seroloji testlərlə bunu müəyyənləşdirmək olur. Virusun orqanizmdə müəyyən anticisimləri yaradıb-yaratmadığını bu testlər sayəsində aşkarlamaq mümkündür.

Analizlərin aparılmasının ən üstün cəhəti isə bundan ibarətdir ki, biz bununla əhalinin hansı hissəsinin xəstəliyi keçirib-keçirmədiyini bilmiş olacağıq. Xüsusi proqram vasitəsilə Bakı, Sumqayıt və Gəncə şəhərlərində təsadüfi olaraq seçilmiş 1650 nəfərə yaxın könüllü seroloji testə cəlb olunacaq və həmin qrupa aid əhalinin neçə faizində immunitetin formalaşma səviyyəsi aşkar ediləcək.

Bu, təkcə tibbi baxımdan deyil, eyni zamanda, testlərə könüllü şəkildə cəlb edilənlər üçün də əhəmiyyətli məlumatdır”.

Aqil Bəkir

www.yenicag.az

1145
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100