!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səudiyyə Ərəbistanı Husilər qarşısında təklənir? - “Statfor” ABŞ-ın yeni Yəmən siyasətinin şifrələrini yazdı

!Reklam – Yazi

Mövcud Vəziyyət
Bu yaxınlarda yüksək rütbəli ABŞ rəsmiləri 2014-cü ilin sonlarından Yəməndə aparılan müharibəni bir müddət dayandırmağa dair razılığa gəlmək barədə ictimaiyyətə çağırış etdilər. Yəməndəki müharibəyə, eləcə də ABŞ Konqresinin Yəmən böhranından əziyyət çəkən insanlara göstərilən humanitar yardımlara görə maliyyə vəsaitləri ödəməsi Amerika ictimaiyyətində narazılıq yaradıb. İranın dəstək verdiyi Husi qiyamçılarına qarşı müharibədə Ər-Riyad rəhbərlik etdiyi hərbi koalisiyada ABŞ-ı özünün tərəfdarı kimi görür. Həm Birləşmiş Ştatlar, həm də Səudiyyə Ərəbistanı Ərəbistan yarımadasında İranın davam edən təsirini aradan qaldırmaq istəyir. Ağ Ev Yəməndə baş verən proseslərdə xüsusilə, Səudiyyə Ərəbistanına verdiyi dəstəyi artırmaq istəyir. Səbəb isə Yəməndə İrana qarşı müqavimət və Husi qiyamçılarının endirə biləcəkləri mümkün raket zərbələrinin qarşısını almaqdır.
Halbuki, vətəndaş müharibəsində mülki şəxslərin tələfatı və müxalifət qüvvələrinin sırasının genişlənməsi bu böhranının siyasi həll yolunu çətinləşdirir.

Yəməndə nə baş verir?
Bu həftə ABŞ müdafiə naziri Cim Mettis (Jim Mattis) və dövlət katibi Mayk Pompeo (Mike Pompeo) Yəməndə davam edən münaqişədə qarşıduran tərəfləri qarşıdakı 30 gün müddətində atəşkəsin əldə olunması barədə razılığa gəlməyə çağırıblar. Bu, Birləşmiş Ştatlar hökumətinin yüksək rütbəli şəxslərinin dövlət səviyyəsində təzyiqini artıraraq, Səudiyyə Ərəbistanının apardığı hərbi əməliyyatlar vasitəsilə Husi qiyamçılarını məğlub etmək anlamına gəlir. Mettis bütün tərəfləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qrifitslə ( Martin Griffiths) bu ay görüşərək imzalanacaq atəşkəsin detallarını aydınlaşdırmağa çağırıb. Pompeo da Mettislə həmrəy olaraq, Husi qiyamçılarının Səudiyyə Ərəbistanına qarşı atəşi kəsmək, o cümlədən, Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) qarşı hava hücumlarını dayandırmaq barədə öhdəlik götürməsinin vacibliyini bildirib. Pompeo həmçinin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrini Yəməndə mülki əhalinin yaşadığı ərazilərə hava zərbələrini dayandırmağa çağırıb. Sülhə dair bütün çağırışlara baxmayaraq, həm Husi qiyamçıları, həm də Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri artıq strateji liman şəhəri əl-Hudaydah uğrunda növbəti döyüşə hazırlaşırlar. Bu şəhər Yəmənə daxil olacaq ərzaq və humanitar yardımın “qapı”sı sayılır. Əl-Hudaydah həm də husilər üçün İrandan daxil olan silah və təchizatın çatdırılması baxımından strateji limandır.
Yəmən hökumətinin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinə hərbi dəstək məqsədilə əlavə 10 min döyüşçü göndərərək, qiyamçıların əlində olan liman şəhərinin ələ keçirilməsi istiqamətində hücüm əməliyyatına başlamasına dair xəbərlər yayılır.

Nə üçün Birləşmiş Ştatlar indi atəşkəs ideyasını vacib sayır?
Həm Birləşmiş Ştatların daxilində, həm də dünyada artan siyasi təzyiq Ağ Evə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin Yəməndə apardıqları hərbi əməliyyatlara dəstək verməsini nəzərdən keçirməyə sövq edir. Səudiyyə Ərəbistanın jurnalist Camal Qaşıqçının məlum qətlinə dair cavabı da bu prosesə öz təsirini göstərir. Səudiyyə Ərəbistanının Türkiyənin İstanbul şəhərindəki Konsulluğunda Camal Qaşıqçının qeyb olmasına dair Krallıq rəsmilərinin verdikləri hiyləgər izahatlar Ər-Riyad və ABŞ Konqresi arasında etimadın korlanmasına gətirib çıxarıb. Ona görə də, Amerika konqresmenlərinin Yəməndə müharibə aparılmasına dəstək verəcəkləri inandırıcı görünmür. ABŞ Yəməndə aparılan müharibəyə qarşı çıxaraq, Səudiyyə Ərəbistanına dəstəyi azaldan qanun layihəsini nəzərdən keçirir. Bu arada BMT yeni hesabat yayaraq, Yəməndə yoxsulluğun səviyyəsinin artması ilə bağlı narahatlığını bildirib. ABŞ və və digər ölkələrin artan təzyiqlərinə baxmayaraq, Ər-Riyad Yəməndə mövqeyini asanlıqla dəyişməyəcək. Səudiyyə Ərəbistanının Yəməndə aparılan müharibədə məqsədi sadəcə, Ərəbistan yarımadasının Husi qiyamçılarının vasitəsilə platsdarma çevrilməsinin qarşısını almaq deyil. Bundan əlavə, Səudiyyə Ərəbistanı və Husilər arasında tarixi düşmənçilik var. Tərəflər arasında aparılan sülh danışıqları səmərə verməyib. Lakin danışıqların yenidən bərpa olunması imkanları hələ də qalır. Husilərin nümayəndəsi sentyabrda Cenevrədə atəşkəsin əldə olunmasına dair danışıqlara qatılmadığı üçün həmin görüçü təşkil etmək mümkün olmayıb. Husilər Cenevrə danışıqlarında qismən də olsa iştirak etməmələrini Səudiyyə Ərəbistanı tərəfindən onların Sənada yerləşən bazalarına qayıtmağa imkan verilməyəcəyi təhlükəsi ilə əsaslandırıblar. ABŞ dövlət katibi Mayk Pompeonun Husilərə ilkin olaraq, işğala son qoymaq çağırışı Yəməndəki proseslərin mürəkkəbliyini göstərir. Husilərin siyasi rəhbəri Məhəmməd Əli əl-Huti ƏlMasirah televiziyaya müsahibəsində bildirib ki, Birləşmiş Ştatlar administrasiyası atəşkəs çağırışını “müsbət” qiymətləndirirsə, o zaman ABŞ Yəmən ərazilərinin bombardmanını dayandırmaq üçün Səudiyyə Ərəbistanına təzyiq göstərməlidir.

Birləşmiş Ştatlar Konqresi nəyi nəzərdən keçirir?
2019-cu ildə ABŞ Konqresi Birləşmiş Ştatların Səudiyyə Ərəbistanına yardımı dayandırması və ya azaltması barədə təzyiq siyasəti yürüdəcək. Bu sırada Konqres 2018-ci ildə ABŞ-ın Səudiyyə Ərəbistanına göstərdiyi hərbi dəstəyin azaldılmasını, o cümlədən, Ər-Riyadın rəhbərlik etdiyi koalisiyaya müasir silahların satışını dayandırmağı nəzərdən keçirəcək.
Döyüş meydanı üçün bu, nə deməkdir?
Səudiyyə Ərəbistanı və onun Yəməndəki müttəfiqlərinin vacib diplomatik səylər aparmadan hərbi güclə əl-Hudaydahı ələ keçirmək məqsədilə “pəncərə” əldə etmək imkanı yoxdur. Yəməndə müharibə əleyhinə beynəlxalq təzyiqin artması Ər-Riyadın əl-Hudaydah liman şəhərini ələ keçirmək istəyinin zəruriliyini ortaya çıxardı. Səudiyyə Ərəbistanı diplomatik səylər vasitəsilə bu strateji limanın onun nəzarətinə keçməsinin çətin olduğunu anlayır. Əl-Hudaydah yaxınlığında əlavə hərbi qüvvələr yerləşdirmək Səudiyyə Ərəbistanına o istiqamətdə irəliləmək üçün bəzi üstünlüklər verir. Bu sırada (ABŞ-ın Səudiyyə Ərəbistanına müharibə aparmaq üçün dəstəyi dayandırmaq barədə qərar verməsindən öncə) Səudiyyə Ərəbistanının əl-Hudaydah liman şəhərini hərbi yolla ələ keçirmək niyyəti daha çox nəzərə çarpır. Eyni zamanda, əgər Səudiyyə Ərəbistanı hücum edərsə, yaranacaq humanitar fəlakətdən sonra Vaşinqton və digər müttəfiqlər Səudiyyə Ərəbistanına göstərdiyi yardımı kəsəcəklər. Ər-Riyada görə, Husi qiyamçı qrupunun uğursuzluğa məruz qalması üçün digər strategiya Səudiyyə Ərəbistanının Husiləri təxribata çəkərək, onları atəşkəs danışıqlarına başlamağa inandırmaqdır. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin Yəmənin əhalisinin sayına görə ən böyük şəhəri olan əl-Hudaydaha hücum etməsi və mülki əhalinin kütləvi tələfatından sonra Husilərin ayağa qalxaraq döyüşmək qərarı verəcəkləri qaçılmazdır. Sərt təpkilər sonda Səudiyyəlilərin beynəlxalq reputasiyasına mənfi təsir edəcək.

Birləşmiş Ştatların hərbi dəstəyinin dəyişməsi işarəsini müşahidə edərkən
ABŞ-ın Yəməndə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinə dəstəyinə hərbi təyyarələrin havada yanacaqla təmin edilməsi, o cümlədən, kəşfiyyat və məşvərət xidmətləri daxildir. Bu xidmətlər Səudiyyə Ərəbistanı üçün çox önəmlidir. Birləşmiş Ştatların Səudiyyə Ərəbistanına hərbi dəstək veməsini dayandırmasına dair gözləntilər Amerikanın Səudiyyə Ərəbistanı və onun müttəfiqlərinin Yəməndə apardıqları döyüş əməliyyatları zamanı onların hərbi təyyarələrinin havada yanacaqla təmin edilməsi, o cümlədən, bu təyyarələrin hədəfi yüksək dəqiqliklə vurmaq üzrə texnoloji üstünlüyə malik olması, həmçinin yüksək keyfiyyətli silahlarla təchiz olunması sahələrini əhatə edir.
2018-ci ilin əvvəlində ABŞ Müdafiə Nazirliyi şəxsi heyətinin“50 kobud”u Səudiyyə Ərəbistanı hərbçiləri ilə birlikdə fəaliyyət göstərərək, Husilərin zərbə endirə biləcəkləri ballistik raketlərin qarşısını almaqda onlara dəstək veriblər. Təsdiq olunmamış bəzi xəbərlərə görə, ABŞ Səudiyyə Ərəbistanı hərbi qüvvələrinə sərhəddə müstəqil təhlükəsizlik tədbirləri görmək üzrə də təlim keçiblər.
ABŞ Konqresinin Səudiyyə Ərəbistanına yönəlik sərt mövqe tutmasına baxmayaraq, Vaşinqtonun Ər-Riyadla əlaqələri tamamilə kəsəcəyi inandırıcı deyil. İranın Yəməndə artan təsiri, o cümlədən, Yəməndə yerləşən Husi qüvvələrinin ballistik raketlərlə Səudiyyə Ərəbistanı və BƏƏ ərazilərinə zərbə endirmək təhlükəsi ABŞ və Səudiyyə Ərəbistanın ümumi maraqlarına ziddir. Birləşmiş Ştatlardan dəstək alıb-almamasından asılı olmayaraq, Səudiyyə Ərbistanı müharibəni davam etdirmək cəhdlərinə ara verməycək.
Yekun olaraq, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiyanın Husilərə qarşı döyüşməsi faktına baxmayaraq, ABŞ Yəməndə özünün terrorçuluğa qarşı mübarizəsini davam etdirəcək. Birləşmiş Ştatlar Ərəbistan yarımadasında fəaliyyət göstərən “Əl-Qaidə”nin Yəməndəki dəstəsini məğlub etmədən geri çəkilməyəcək. “Əl-Qaidə” Yəmənin mərkəzində və cənub hissəsində güclü mövqeyə malikdir.

Qeyd: “Stratfor” siyasi proseslərin mahiyyəti barəsində insanları operativ qaydada məlumatlandırır. “Stratfor”Amerikanın siyasi kəşfiyyat platforması və nəşri olaraq, 1996-cı ildə Texas (Texas) ştatının Ostin (Austin) şəhərində Corc Fridman (George Friedman) tərəfindən təsis edilib və o, təşkilatın ilk sədri olub. 2018-ci ilin fevral ayında Çip Harmon (Chip Harmon)“Stratfor”un prezidenti təyin edilib. Fred Barton (Fred Burton) isə “Stratfor”un təhlükəsizlik məsələləri üzrə rəhbəridir. Qlobal təhlillər üzrə vitse-prezident Reva Qaucndur (Reva Goujon). Strateji təhlillər üzrə böyük vitse-prezident vəzifəsini Rocer Beyker (Rodger Baker) tutur. ABŞ Xüsusi Təyinatlı Əməliyyatlarının keçmiş zabiti Bret Boyd (Bret Boyd) “Stratfor”un müştəri kəşfiyyat xidməti üzrə vitse-prezidentdir. “Stratfor”dünya miqyasında geniş fəaliyyət göstərərək strateji kəşfiyyat, biznes tədqiqatı, müştəri kəşfiyyatı, həmçinin, multimedia təhlili, korporativ təhlükəsizlik təhlilləri və risklərin nəticələrinin aradan qaldırılması üzrə ixtisaslaşıb.

www.yenicag.az

3910
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv