Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Səudiyyədən İsrailə JEST: Şahzadə yəhudilərin yeni ilini təbrik etdi

Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfiri Şahzadə Rima Bint Bender ABŞ yəhudilərinə yeni il təbriki göndərib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda məlumat “NBC News”da dərc olunub.

Səudiyyənin ilk qadın səfiri statusunu daşıyan Rima Bint Bender yəhudiləri təbrik etməklə ölkə tarixində bir ilkə imza atıb.

Onun yəhudilərə ünvanladığı bayram təbrikində “Roş Aşana münasibətiylə ülyahəzrət səfir Rima Bint Bender əl Səud sizə xoş və gözəl Yeni il arzularını çatdırır” sözləri yazılıb. Məktubun alt hissəsi isə yəhudilərin yeni il bayramında yediyi bal, alma və nar kimi meyvələrlə bəzədilib. Xəbərdə məktubun hansı formada və kimə göndərildiyi bildirilməyib.

Qeyd edək ki, ötən həftə İsrail Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib. Bir həftə sonra isə Səudiyyə İsrailin bu jestinə eynilə qarşılıq verib.

Firuzə Alimova

www.yenicag.az

1602
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM