Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Şimali Koreya nüvə obyektlərinin yoxlanılmasına razılıq verdi

Koreya Xalq Demokratik Respublikası (KXDR) Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (International Atomic Energy Agency — IAEA) müfəttişləri tərəfindən özünün nüvə obyektlərinin yoxlanılmasına razılıq verib.

Yenicag.az xəbər verir ki, bu haqda “The Korea Times” qəzeti bildirib.

“Pxenyanda ABŞ və Şimali Koreya nümayəndələrinin bu yaxınlarda keçirilmiş danışıqlarının gedişatında Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərinə Koreya Xalq Demokratik Respublikasının nüvəsizləşdirilməsi prosesinə nəzarət üçün bu ölkənin nüvə və raket poliqonlarına girişə icazə verilməsi ilə bağlı ilkin razılığa nail olunub”, – deyə qəzetdə Cənubi Koreyadakı mənbəyə istinadən bildirilir.

Mənbənin sözlərinə görə, yoxlamaların müddətləri və keçirilmə yerləri ABŞ və Koreya Xalq Demokratik Respublikasının işçi səviyyədəki danışıqlarında müzakirə olunacaq. Rəsmi Pxenyan həmçinin müfəttişlərin təhlükəsizliyinə və yoxlamalara müdaxilə etməməklə bağlı zəmanət verib./Report/

www.yenicag.az

3147
SFERA
VETENINFO
AZNEWS
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM