Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Arvadı tərəfindən döyülən polisin SON DURUMU - Xəstəxanadan AÇIQLAMA

Arvadı tərəfindən döyülən keçmiş polis Abışov Nəsib dünən gecə saatlarında Sumqayıt şəhər Travmotologiya Xəstəxanasına aparılıb.

Xəstəxanadan Yenicag.az-a verilən məlumata görə, xəstəyə yardım göstəriləndən sonra evə buraxılıb:

“Xəstə burun sıyrıqları ilə bizə müraciət edib. Tibbi yardım göstərdik, vəziyyəti stabilləşəndən sonra evə buraxdıq”.

Cəvahir

***

Sumqayıt şəhərində ər arvadı tərəfindən döyülüb.

Yenicag.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin 24-cü məhəlləsində baş verib.

Belə ki, şəhər sakini, 1956-cı il təvəllüdlü Nəsib İsgəndər oğlu Abışov yaşadığı evdə arvadı tərəfindən döyülüb.

Ağır bədən xəsarətləri alan N.Abışov xəstəxanaya yerləşdirilib, vəziyyəti normaldır.

Qeyd edək ki, N.Abışov təqaüddə olan polis əməkdaşıdır.

www.yenicag.az

4885
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS