Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sumqayıtdan bu istiqamətə gedən avtobusların hərəkəti dayandırıldı

Sumqayıt şəhərinin Saray qəsəbəsindən şəhər mərkəzinə və əks istiqamətə işləyən avtobusların hərəkətinə məhdudiyyət qoyulub.

Yenicag.az “Report”a istinadən məlumat verir ki, Saraydan Sumqayıta gedən yolda bütün marşrutlar saxlanılıb.

Yerli sakinlərin sözlərinə görə, “Sumqayıt Nəqliyyatı” MMC-nin qərarına əsasən həmin istiqamətdə sərnişindaşıma ilə məşğul olan bütün avtobusların hərəkəti dayandırılıb. Bunun nəticəsində sakinlər bir neçə kilometr məsəfəni piyada getmək məcburiyyətində qalıblar. Sakinlər yaranmış vəziyyətə etiraz ediblər.

Sürücülər bildirib ki, marşrutların şəhərə buraxılmamasına səbəb “Sumqayıt Nəqliyyat” MMC tərəfindən onlara qoyulan haqqın vaxtında çatdırılmamasıdı.

www.yenicag.az

2335
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100