!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Moldovadakı referendumun yekun nəticəsi BƏLLİ OLDU: Xalq Avropanı istəmir

!Reklam – Yazi

Moldova prezidenti Maya Sandu son seçkidə birinci turda 36, bu seçkidə isə 42 faiz səs topladı.

Yenicag.az xəbər verir ki, bu barədə “Caucasian Live” “Telegram” kanalı məlumat yayıb.

Qeyd olunur ki, xanım prezident səslərini artırsa da, referendumda nəticələr gözlənildiyi kimi olmadı.

“Sandu daha yüksək səs fərqi ilə Avrointeqrasiyanı təsdiq etmək və öz siyasətinə dəstək qazanmaq istəyirdi. Avrointeqrasiyanın lehinə səs verənlər əleyhinə səs verənlərdən isə cəmi 15 min fərqlə öndə oldu ki, bu da diaspor sahəsində əldə edildi. Lakin yekun nəticələr cəmiyyətin ifrat qütbləşməsini, gözlənildiyi qədər Moldova cəmiyyətində Avrointeqrasiya ilə bağlı entuziazmın olmadığını göstərdi”, – deyə kanal yazıb.

Kanal yazır ki, separatçı Dnestryanı bölgəsində 36 faizə yaxın Avrointeqrasiyanın dəstəklənməsi ciddi göstəricidir.

“Bu regionda əhali tərkibində ən çox ukraynalı, daha sonra moldovalı, sonra isə ruslar gəlir. Yəni, əslində, Dnestryanı problemi etnik problemdən çox iqtisadi struktur problemidir. Qısacası, sosializm ukladının müasir kapitalizmə inteqrasiyasında yaşanan problemdir.

Buna baxmayaraq, Kişinyov ilə Tiraspol arasında son illərdə gedən dinc reinteqrasiyasının müsbət nəticələri də görünməkdədir. Moldova dilinin Dnestryanı da dövlət dili olaraq qəbul edilməsi, Moldova ilə diplomların qarşılıqlı tanınması və “Şerif Tiraspol” futbol klubunun Moldova liqasında çıxışı və digər faktlar bu nəticəyə təsir göstərə bilib”, – deyə qeyd edilir.

Məlumata görə, sosialistlərin namizədi Aleksandr Stoyanoqlonun özü də Rumıniya vətəndaşıdır və onu tam rusyönümlü hesab etməz olmaz.

“Buna baxmayaraq, o Sandudan fərqli olaraq. Rusiya ilə münasibətləri yaxşılaşdıracağını vəd edib. Eyni zamanda, ikinci turda müxalifət onun ətrafında birləşsə belə, bu riyazi olaraq onun qalib gəlməsi demək deyil. Çünki bunun üçün bütün seçicilər yenidən seçkilərə gəlməli və müxalifət namizədlərinin çağırışlarını dinləməlidirlər. Sandu da ikinci turda müxalifətin bəzi nümayəndələrinə güzəştə getməli və onlarla anlaşmalı olacaq”, kanal yazıb.

“Lakin referendum nəticələri Qərbdə Sanduya olan ümidləri azaldıb. Başqa tərəfdən, bu cür yaxın nəticə ilə Rusiya tərəfi Moldova cəmiyyətində deqradasiya və destabilizasiya proseslərinə cəhd edə bilər. Həmçinin prezidentin qalib gəlib-gəlməməsi də önəmli deyil. Ona görə ki gələn il keçiriləcək parlament seçkiləri indiki seçkilərdən daha vacibdir. Hazırkı seçkilər isə həm də ona hazırlıqdır. Hökumətin qurulması və parlamentin qazanılması indi hər kəs üçün daha vacibdir”, – kanalın analitik məqaləsində dərc olunub.

Rafi Müslümov

COP29

www.yenicag.az

113
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv