Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Tarixdə istifadə olunmuş qoruyucu maskalar - Siyahı - FOTOLAR

Dünyanı təhdid edən yeni növ koronavirus (COVİD-19) yoluxucu xəstəliklərdən qorunmaq üçün hazırlanan tibbi vasitələrdən istifadəni son dərəcə aktuallaşdırıb.

Təbii ki, mövcud şəraitdə qoruyucu vasitələrdən söz düşəndə ilk xatırlanan tibbi ləvazimat məhz maskadır. XXI əsrdə kəskin tələbat yaranan qoruyucu maskaların həm də maraqlı tarixçəsi var və onunla tanışlıq üçün əvvələ qayıtmaq lazım gəlir. Bu zaman öyrənəcəksiniz ki, qoruyucu maskalar sadəcə tibbi məqsədlərlə istifadə olunmayıb.

Yenicag.az tarixdə müxtəlif məqsədlər üçün istifadə olunmuş maskalar haqqında məlumatı təqdim edir:

1. Vəba maskası

2. “Mikki Maus” qaz maskası – (Yaponiya Slahlı Qüvvələrinin Havay adaları qrupuna daxil olan Oahu adasında yerləşən ABŞ Sakit Okean Donanmasının Pörl-Harbor hərbi-dəniz bazasına 7 dekabr 1941-ci il tarixli gözlənilməz hücumundan sonra dinc sakinlər ehtiyat üçün qaz maskaları taxırdılar. Ancaq uşaqların bu maskaları taxmaq istəmədiyini görən “Disney” şirkəti onlar üçün 1000 ədəd “Mikki Maus” qaz maskası istehsal etmişdi)

3. Samuray maskası – (Samuraylar üzlərini qorumaq üçün istifadə edirdilər)

4. Vizard – (XVI əsrdə qadınlar ağbənizliyin zadəganlıq simvolu olduğunu düşünürdülər. Buna görə də bu maskadan istifadə edirdilər. Xanımların bu maskanı taxdıqdan sonra necə qorxunc görkəm aldıqlarını, yəqin ki, təsəvvür edirsiniz)

5. Qladiator maskası

6. Cəza maskası – (XVI və XVII əsrlərdə Avropada bu maskadan dedi-qodu edən və cadugərliklə məşğul olan qadınları cəzalandrımaq üçün istifadə edirdilər)

7. Calico Hood (Kaliko Hud) – 1842-1929-cu illərdə Avstraliya həbsxanalarında məhkumlar 23 saat çölə buraxılmırdılar. Çöldə keçirdikləri 1 saat ərzində isə şəkildə gördüyünüz “kisə”ni başlarına keçirdirdilər)

8. Tank maskası – (I Dünya Müharibsində tankçıların taxdıqları maska)

9. Kirli qul maskası – (Afrikadan gətirilən qullardan sahiblərinə xəstəlik keçməsin deyə kölələrin taxdıqları maska)

10. Almaniyada radioaktiv yağışlardan qorunmaq üçün taxılan maska – 1957

11. At maskası – (İngiltərədə atları zəhərli qazlardan qorumaq üçün istifadə edilirdi – London, 1940)

12. Atom bombasından sonra Xirosimada radiasiyadan qorunmaq üçün maska taxan uşaqlar – 1948

13. Uşaq başlığı – (2 yaşından aşağı uşaqlar üçün hazırlanan maska – London, 1939)

14. İngilis kimyaçı Vernon Bouers tərəfindən hazırlanan qaz maskası – 1942

15. ABŞ-ın Detroyt Universitetinin tələbələri maskaları təcrübədən keçirirlər – 1942

16. Filippinli qadınlar bomba saxlanılan yerə getməmişdən əvvəl – 1941

17. Havanın tüstü və his qarışığından ibarət qatı dumana qarşı maska taxan “Bitlz” qrupu – 1965

18. İngiltərədə tibb bacıları – 1943

19. Londonda qripdən qorunan katibə – 1970

20. ABŞ-dakı Müqəddəs Helens vulkanının püskürməsindən sonra maskalı gənclərin öpüşməsi – 1980

21. Çiçək qoxulamaq üçün maska – ABŞ, 1970

Hazırladı
Aqil Bəkir

www.yenicag.az

1457
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100