!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tarixin İBRƏT DƏRSLƏRİ: “Qarabağda olduğu kimi, Yaxın Şərqdə də eynilə...”

!Reklam – Yazi

“Məlum beynəlxalq güclər uzun müddət Qarabağda da münaqişənin həll olunmasına maneə yaradırdılar”.

Bu fikirləri onillərdir, davam edən İsrail-Fələstin münaqişəsinin həllinə imkan verməyən kənar qüvvələrin təsirindən danışan professor Məhərrəm Zülfüqarlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, əksər münaqişələri bir çox hallarda kənar müdaxilələr olmadan həll etmək mümkündür:

“Beynəlxalq müstəvidə sponsoru olan və sponsoru olmayan münaqişələr mövcuddur. Yaxın Şərqdə münaqişənin bitməsini istəməyən qüvvələrin varlığı inkaredilməz faktdır. Həmin qüvvələrin pozucu təsirləri olmasa, təbii ki Yaxın Şərqdə sülhə nail olmaq mümkündür.

Məlum beynəlxalq güclər uzun müddət Qarabağda da münaqişənin həll olunmasına maneə yaradırdılar. Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasını istəməyən qüvvələr hələ də ayaqdadırlar.

O cümlədən, Yaxın Şərq üçün də vəziyyət eynidir. Bu səbəbdən, İsrail-Fələstin müharibəsində sülhə nail olmaq üçün kənar qüvvələr əsas tənqid hədəfinə çevrilməlidir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

398
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv