!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tayvana gedişi böhrana səbəb olan Pelosi İrəvanda: "Bu, səlib yürüşünün bünövrəsini qoyacaq"

!Reklam – Yazi

“Ermənistanda baş verən hadisələri kənar bir dövlət istiqamətləndirir”.

Bu sözləri Ermənistan daxilində baş verən toplumsal çalxalanmanı şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.Qabil Hüsyenli bildirib ki, Ermənistanda baş verən hadisələri başqa bir əl körükləyir:

“Ermənistanda baş verən mitinqlər, müxtəlif siyasi çıxışlar kənar bir dövlət tərəfindən istiqamətləndirilir. Düzdür, Ermənistanda müxalifətin əsas zərbə qüvvəsi Qarabağ klanı, revanşistlərdir, ancaq onlar da Rusiyaya bağlıdır. Zənnimcə, onları Rusiya tərəfi istiqamətləndirir. Paşinyanı Qərb qoruyur.

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi İrəvana səfərə gəlir. Bu həm dəstək, həm də erməni cəmiyyətini ruhlandırmaq xarakteri daşıyır. Bu cür hərəkətlər qızışdırıcı hərəkətlərdir. Böyük bir ölkənin qanunverici qurumunun palata sədrinin kiçik bir ölkəyə gəlməsi anlaşılan deyil. Yəqin ki, tərəfli çıxışlar edəcək. Çünki o, həyatnı ermənipərəst mövqeyə sərf edib. Nensi Pelosi səlib yürüşünün bünövrəsini qoyacaq”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

862
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv