!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Rusiya ilə Ermənistan arasındakı gərginliyin Qarabağa sıçrayacağı..." - Polkovnikin ŞƏRHİ

!Reklam – Yazi

“Rusiya ilə Ermənistan arasındakı gərginliyin Qarabağa sıçrayacağı gözlənilmir”.

Bu fikirləri Ermənistanın Rusiya ilə gərginləşən münasibətləri fonunda mövcud durumun Qarabağa yansıması haqqında danışan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Polisinin keçmiş rəisi polkovnik Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında səsləndirib.

Rövşən Məhərrəmov bildirib ki, Qarabağda gərginlik ancaq separatçıların səyləri nəticəsində baş verə bilər:

“Rusiya ilə Ermənistan arasında gərginlik Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistan ərazisində hərbi təlim keçməsinə etirazını bildirməsi ilə başladı. Paşinyan daha sonra bildirdi ki, sülhməramlılar öz vəzifələrini yerinə yetirə bilmirlər. Bundan əlavə, Gümrüdə yerləşən hərbi bazanın qarşısında ermənilər aksiya keçirməyə başladılar. Əlbəttə, bu, rusların qıcıqlanmasına səbəb olacaqdı. Rus mətbuatı da buna sərt reaksiya verdi.

Rusiya ilə Ermənistan arasındakı gərginliyin Qarabağa sıçrayacağını gözləmirəm. Qarabağda gərginliyin artmasına səbəb olacaq şəxs və qüvvə Arayik Arutyunyan və Ruben Vardanyan olacaq. Vardanyan deyir ki, Qarabağda 100 min insan çətinliklə üzləşib. Bu, əlbəttə, yalandır. Çünki Qarabağda 20 min civarında insan yaşayır. Onlar sadəcə dünyanı aldatmaqla məşğuldurlar.

Vardanyan heç vaxt Azərbaycanda yaşamayıb. Vardanyan Qarabağa ruslar tərəfindən göndərilib. Onun ora gəlişi ilə gərginlik artmağa başladı və artan xətt üzrə davam edir. Laçın dəhlizi bağlanmayıb. Humanitar yardım və təcili tibbi yardım maşınları hərəkət edir.

Ehtimal edirəm ki, Vardanyanın bu açıqlamalarına cavab olaraq Azərbaycan tərəfi hər hansı addım ata bilər. Vardanyan açıqlamaları ilə dünyanın fikrini Qarabağa çəkmək istəyir. Ermənistan-Rusiya gərginliyindən daha çox Arayiklə Vardanyanın çıxışları Qarabağda münaqişəni alovlandıra bilər”.

Səxavət Məmməd

www.yenicag.az

960
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv