!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Təki mən işsiz qalım” – Ağacan Abıyev

!Reklam – Yazi

“Hər hansı millət vəkilinin davranışı ilə bağlı şikayətin olmaması müsbət haldır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin yaz sessiyası dövründə deputatların davranışını dəyərləndirən parlamentin İntizam Komissiyasının sədri Ağacan Abıyev deyib.

Abıyevin sözlərinə görə, qeyd olunan dövrdə millət vəkillərinin davranışları ilə bağlı Komissiyaya heç bir şikayət daxil olmayıb:

“Yox, bu il deputatların özlərini aparmaları ilə əlaqədar bizim Komissiyaya şikayət edən olmayıb. Bu, əlbəttə ki, müsbət haldır. Deməli, deputatlar bir-birilərinə qarşı hörmətlə davranıblar.

Belə olduqda, Komissiyamız da heç bir məsələyə baxmayıb. Çünki deputatlardan şikayət daxil olmayıb. Ümid edirəm ki, bundan sonra da olmayacaq və Komissiyanın iclasına ehtiyac yaranmayacaq.

Təki mən İntizam Komissiyasının sədri olaraq, belə məsələlərdə işsiz qalım”.

A.Zeynalov

www.yenicag.az

3704
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv