!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

TİMBİR sədri Süleyman Basa Azərbaycanda işgüzar səfərdədir – FOTO/VİDEO

!Reklam – Yazi

Türkiyə İnternet Media Birliyinin (TİMBİR) sədri Süleyman Basanın Azərbaycana səfəri davam edir.

Yenicag.az xəbər verir ki, TİMBİR sədri Süleyman Basa Azərbaycan səfəri çərçivəsində Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinini (QHT Agentliyi) icraçı direktoru Aygün Əliyeva və Mətbuat Şurasının sədri Rəşad Məcidlə görüş keçirib.

Qeyd olunan görüşlərdə media və vətəndaş cəmiyyəti sahələrində səmərəli əməkdaşlıq imkanları ilə bağlı müzakirələr aparılıb, təkliflər irəli sürülüb.

Bundan başqa, Süleyman Basa Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və Azərbaycan-Türkiyə Evinin (ATEV) sədri Tənzilə Rüstəmxanlını da ziyarət edib. TİMBİR sədri həmçinin III Beynəlxalq Türk Dünyası Kommunikasiya və İncəsənət Simpoziumuna da qatılıb.

Süleyman Basanın “Yeni Çağ” Media Qrupunu ziyarəti zamanı “Yeni Çağ”la TİMBİR və “Birlik” İnformasiya Agentliyi arasında əməkdaşlıq sazişləri imzalanıb.

Səfər müddətində Süleyman Basanı TİMBİR sədrinin müavinləri Menderes Dəmir və Aqil Ələsgər, həmçinin “İnterpress” İnformasiya Agentliyinin rəhbəri Toğrul Allahverdili müşayiət edib.

www.yenicag.az

494
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv