!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tramp Hindistandan istədiyini qopartdı - Üç milyardlıq anlaşma

!Reklam – Yazi

Ailəsi ilə birlikdə Trampın Hindistana rəsmi səfəri baş tutub.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Qudcarat ştatının Əhmədabad şəhərində Hindistanın baş naziri Narendra Modi ilə rəsmi görüşü olub.

Görüş çərçivəsində Tramp Hindistana 3 milyard dollar həcmində hərbi texnika tədarük edəcəyi barəsində bildirib.

“ABŞ iqtisadiyyatı qaynayır. Mən əlaqələrimizi genişləndirmək üçün Hindistana gəlmişəm. Ölkələrimiz arasında əlaqələri dərinləşdirmək üçün baş nazirlə dialoqumuzu davam etdirəcəyik. Hindistanla ABŞ həbçilərinin “Tiger Triuph” birgə təlimlərə başlaması ilə əlaqələrimiz yeni mərhələyə qədəm qoydu. Biz ən qabaqcıl hərbi məhsullar hazırlayırıq və indi Hindistanla sövdələşirik. Sabah 3 milyard ABŞ dolları məbləğində helikopter və başqa avadanlığın tədarükünə dair saziş imzalayacağıq. Biz Hindistanın başlıca müdafiə tərəfdaşımız olmasını istəyirik” deyə Tramp vurğulayıb.

www.yenicag.az

551
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv