!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Uşaq ikən pul qazanan məşhurlar

!Reklam – Yazi

Hələ uşaq ikən Jeff BezosWarren Buffett və Richard Branson, öz sahibkarlıq ruhlarını işə salmışdılar. İllər ərzində həmin sahibkarlıq ruhu daha da möhkəmlənmiş və onlara milyardlarla dollar gəlir əldə etməyə yadımçı olmuşdur. Məşhur sahibkarların uşaqlıq illərində yaratdıqları biznes məhz bu cür olmuşdur.

Ingvar Kamprad (“IKEA”nın təsisçisi)

Gənc yaşlarında bu şirkətin təsisçisi, velosiped vasitəsilə rayonlarda gəzir və insanlara kibrit satırdı. İlk öncə o, kibritləri böyük partiyalarla ucuz qiymətə alır, daha sonra onların üzərinə bir qədər qiymət artımı tətbiq edib münasib qiymətə satırdı. Sonradan Ingvar ev üçün lazım olan digər əşyaları da satmağa başladı və 17 yaşında “IKEA” şirkətini təsis etdi.

Jeff Bezos (“Amazon”un təsisçisi)

Gənclik illərində Jeff Bezos, rəfiqəsi ilə DREAM Institute adlı yay düşərgəsi yaratmışdı. Həmin düşərgədə 10 gün qalmaq, 600$-a başa gəlirdi. Bu müddət ərzində onlar uşaqlara qara dəliklər, Qulliverin səyahəti və nüvə müharibəsindən danışırdılar. Nəticədə onların düşərgəsinə cəmi 6 nəfər yazılmışdı.

Max Levchin (“PayPal”ın həmtəsisçisi)

Uşaqlıqda Levchin, proqramlaşdırma ilə maraqlanırdı. Lakin onun kompüteri yox idi. Hökümətin məktəbə kompüter hədiyyə etdiyini, lakin proqramçıların çatışmadığını eşidən kimi dərhal təhsil ocağına işə düzəlir. O, öz əməyi hesabına işdən sonra kompüter sinifində qalma və istədiyi işlə məşğul olma imkanı əldə edir.

Michael Dell (“Dell” şirkətinin təsisçisi)

Kollecdəki təhsili zamanı Dell, öz dostu ilə birlikdə kompüterlər yığıb onları mağazalardakı qiymətlərdən daha ucuz qiymətə satırdı. Müəyyən vaxtdan sonra o öz işini əsl biznesə çevirərək şirkət yaratdı və onu öz şərəfinə adlandırdı. Həmin vaxtdan onun soyadı, kompüterlərlə bir səviyyədə durur.

Richard Branson

(“Virgin Group” beynəlxalq şirkətlər konqlomeratının təsisçisi)

16 yaşında Branson, öz təhsilini dayandırdı və Student adlı jurnal yaradaraq ilk biznesini qurdu. Nəşriyyat, gənclər üçün nəzərdə tutulmuş auditoriya arasında yeni nəfəs effektini yaratmışdı. Belə ki, jurnal, insanlara özlərinin azad fikirlərini deməyə imkan verir və müasir mədəniyyət haqqında məlumat verirdi. Jurnalın ilk bir neçə buraxılışından sonra məktəb direktoru ona məktub göndərir. Həmin məktubda bu cümlələr əks olunmuşdu: “Sən ya türməyə düşəcəksən, yada milyoner olacaqsan”.

Warren Buffett (İnvestor)

Gənc vaxtlarında Warren, qəzet paylayır, saqqız, qolf üçün nəzərdə tutulmuş toplar satırdı. Əldə olunmuş vəsaitin hesabına o, 3 ədəd pinbol oyun avtomatı almış və onları kişi bərbərxanalarında yerləşdirmişdi. Sonradan isə o, həmin oyun avtomatlarını, müharibə veteranına 1200$ qiymətinə satmışdı.

www.yenicag.az

1689
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv