!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyanın ən varlı insanının tualetlə dərdi nədir? / “Amazon” ÇALXALANIR

!Reklam – Yazi

Şirkət əməkdaşlarının çətin şərtlərdə işlədildiyi iddiaları ilə gündəmə gələn “Amazon” bu dəfə də “tualet problemi” ilə diqqətləri üzərinə çəkib.

Yenicag.az xəbər verir ki, 181 milon dollarlıq şəxsi sərvəti olan Ceff Bezosun “Amazon” şirkətinin işçiləri iş saatlarında onlara tualetə belə getməyə icazə verilmədiyi barədə sosial şəbəkələrdə paylaşım etmişdilər, lakin onların bu iddiaları şirkət tərəfindən yalanlanmışdı.

Ancaq mediaya sızan elektron poçt şirkətin bu problemlə birbaşa əlaqəli olduğu gerçəyini ortaya çıxarıb.

Şirkət işçiləri tərəfindən paylaşılan elektron poçtda, “Bu axşam bir işçi sürücünün stansiyaya göndərdiyi “Amazon” torbasında insan nəcisi tapdı. Son iki ay ərzində üçüncü dəfədir ki, belə bir hal yaşanır.

Sürücülərin yolda olarkən gözlənilməz hallarla qarşılaşa biləcəklərini, xüsusilə də COVID-19 dönəmində tualet tapmaqda çətinlik çəkə biləcəklərini anlayırıq. Ancaq bütün bunlara rəğmən sürücülər torbaları satansiyaya nəcislə geri qaytara bilməzlər, ETMƏMƏLİDİRLƏR”, – deyə qeyd edilib.

“Amazon” şirkətinin keçmiş işçisi Marie Broun isə qeyd edib ki, sürücülər bunu məcburən edirlər, çünki paketlərin ünvanlara vaxtında çatdırılmaması onları işlərindən edə bilər.

www.yenicag.az

1395
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv