Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Vətəndaşın sənədinə hansı halda əllə toxunmaq olar? - Baş Dövlət Yol Polisi İdarəsindən XƏBƏRDARLIQ - RƏSMİ AÇIQLAMA

“Bu işi həyata keçirən bütün əməkdaşlara ilk gündən ciddi şəkildə tapşırıq verilib ki, yoxlama zamanı vətəndaşların sənədlərinə əllə toxunmasınlar. Çünki bu yolla virus digər vətəndaşa yoluxa bilər”.

Bunu Yenicag.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev, vətəndaşların sənədlərini yoxlayan Dövlət Yol Polisi işçilərinin qoruyucu əlcəklərdən düzgün istifadə etmədikləri ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun müraciətinə cavab verərkən belə deyib.

K.Əliyev yalnız zərurət yarandığı halda buna icazə verildiyini bildirib:

“Hava şəraiti ilə əlaqədar, yaxud da digər hər hansı zərurət yaranarsa, o halda əməkdaşımız sənədlərə əllə toxuna bilər. Bu zaman mütləq dezinfeksiyaedici məhlullardan istifadə etməlidir. Bunun üçün də onların hər biri əlcək, spirt və digər tibbi ləvazimatlarla təmin olunub”.

Qeyd edək ki, Eyyub Hüseynov vətəndaşların sənədlərini yoxlayarkən, Dövlət Yol Polisi işçilərinin qoruyucu əlcəklərdən düzgün istifadə etmədiklərini deyib və bu kimi halların qarşısının alınması üçün Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevə müraciət edib:

“Onlar vətəndaşların sürücülük, şəxsiyyət vəsiqələri və digər sənədlərinə baxıb geri qaytarır. Hər dəfə eyni əlcəkdə olurlar. Nəticədə bu əlcək yalnız onları qoruyur. Amma əlcəkdən sənədə keçən virus digər sağlam adamları xəstəliyə yoluxdura bilər”.

Cəvahir

www.yenicag.az

935
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100