Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Xalq aristi: "Televiziyalar indi bu mövzuya köklənməlidir"

“Bu gün cəbhədə döyüşlər gedən bir vaxtda telekanallarımızda yalnız hərbi vətənpərvərlik mövzusunda verilişlər, filmlər nümayiş olunmalı, musiqilər səsləndirilməlidir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi nəfəsli alətlər Orkestrinin solisti, xalq artisti Zümrüd Məmmədova deyib.

Müğənni bildirib ki, bütün sənət adamları və digər peşə sahibləri yalnız bu mövzuda danışmalıdır:

“Ordumuz varsa, deməli yurdumuz da var. Şanlı ordumuza dəstək olmalı, öz musiqilərimizlə onları qələbəyə ruhlandırmalıyıq. İstər həkim olsun, istər müəllim, aktyor və digər peşə sahibləri hamımız insanlarda vətənpərvərlik hissinin yüksəlməsinə xidmət etməliyik. Televiziyalar indi bu mövzuya köklənməlidir. Lazım gələrsə, ön cəbhədə əsgərlərimizin yanında olmağa hazıram. Bu gün hər birimiz müsəlləh əsgər kimi Ali baş komandamızın əmrinə müntəzirik. Yaşasın mənim dövlətim və güclü ordumuz”.

Cəvahir

Loading...

www.yenicag.az

2017
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100