Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Xalq artisti: “Mənə eşqini etiraf edən xanımlar çox olub”

Xalq artisti tanınmış aktyor Rafael Dadaşov keçmişi ilə bağlı etiraflar edib.

Yenicag.az xəbər verir ki, heç vaxt ulduz xəstəliyinə tutulmadığını deyən aktyor xanımlar tərəfindən çox sevildiyini də etiraf edib:

“Rafael Dadaşov heç vaxt ulduz xəstəliyinə tutulmayıb. Halbuki mənim buna tam səlahiyyətim var. Mənə eşqini etiraf edən xanımlar çox olub. Amma kimlər olub, bunu deməyəcəm. Bilənlər bilir, o vaxt teatrın xidməti qapısının yanına xanımlar çox yığılardı. Məcbur olub mərkəzi qapıdan çıxmışam. İstəməmişəm o telləri qıram”.

“O illər üçün darıxırsınızmı” sualına aktyorun cavabı belə olub:

“O illər üçün yox, səhnə üçün darıxıram. Aktyorun meydanı səhnədir. Zaman gələcək səhnə bizim üçün darıxacaq. Bugün anam, atam üçün darıxıram. Bir də onlardan olmayacaq. Anamın əli, duası üçün darıxıram. İstəyirəm başıma sığal çəksin. Onlar yadıma düşəndə çox kövrəlirəm”.

Qeyd edək ki, aktyor ATV-nin “Bağ mövsümü” verilişində bu etirafları edib.

Nehru

www.yenicag.az

2779
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100