!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artisti varisini açıqladı: “Evimi, avtomobilimi ona verəcəm”- FOTOLAR

!Reklam – Yazi

Xalq artisti, tanınmış aktyor Yasin Qarayev tədbirlərin birinə nəvəsi ilə qatılıb.

Fotokameramıza poz verən baba ilə nəvənin adları da həmqafiyədir.

Yenicag.az-a açıqlama verən aktyor nəvəsi ilə nəfəs aldığını və bütün var-dövlətini ona miras qoyacağını deyib:

“Rasim yeganə övladım Rövşənin oğludur. Adımız da həmqafiyədir -Yasin, Rasim. Rasim 8-ci sinifdə oxuyur. Qabiliyyətli uşaqdır, gələcəkdə aktyor olmaq istəsə, etiraz etmərəm. Amma hələ ki, belə bir arzusu yoxdur. Bununla belə, deyir ki, baba, gələcəkdə mən də sənin kimi xalq artisti olacam. Nəvəmlə nəfəs alıram, çalışıram onun bütün istəklərini yerinə yetirim. Prezidentim mənə ev də verib. Evimi, avtomobilimi, hər şeyimi… nəyim var, nəvəmə verəcəm. O, mənim varisimdir”.

Onu da öyrəndik ki, xalq artistinin bir qız nəvəsi də var.

Cəvahir
Foto: Cəmalə

www.yenicag.az

5834
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv