!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artistindən qızına sərt qadağa: “Heç vaxt buna icazə vermərəm”

!Reklam – Yazi

Xalq artisti Nəzakət Teymurova qızından danışıb.

Yenicag.az-a açıqlama verən sənətçi sərt ana olduğunu bildirib:

“Sərt anayam, qızıma kifayət qədər sərt qadağalarım var. O məndən və atasından icazəsiz heç yerə gedə bilməz. Heç vaxt buna icazə vermərəm. Geyimindən tutmuş, hərəkətlərinə qədər nəzarətimiz altındadır. Selfisini, yaxud da digər fotolarını sosial şəbəkədə paylaşmasına icazə vermirəm. O sənət adamı deyil ki gündəmdə olsun. Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsində oxuyur, ikinci kurs tələbəsidir. Gələcəkdə diplomat olmaq niyyətindədir”.

Xalq artisti ailə quracağı zaman qızının seçiminə müdaxilə edəcəyini də gizlətməyib:

“Əlbəttə gözümün ağı-qarası bir qızım var. Ailə quranda da həm mən, həm də atası seçiminə müdaxilə edəcəyik. İndiki zəmanədə insanları tanımaq çox çətindir. Bilməliyəm qızımın ailə qurduğu şəxs kimdir, hansı ailədəndir. Yoxsa ki, kimə gəldi qızımı verim-belə şeylər olmaz”.

Cəvahir

www.yenicag.az

3456
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv