!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Yaxın Şərq "öz ampluasındadır" – ABŞ müharibəyə hazırlaşır?

!Reklam – Yazi

ABŞ ordusu son həftələrdə artıq 3-ü hərbi bazanı boşaldaraq İraq ordusuna təhvil verib.

Yenicag.az xəbər verir ki, Pentaqonun hərbi qüvvələrini tamamailə İraqdan çıxardığı və ya əsgərləri digər hərbi bazalara yerləşdirdiyi dəqiq bilinmir.

Bir neçə gün əvvəl isə ABŞ ordusu Birləşmiş Ərəb Əmirlikləri ərazisində BƏƏ ordusu ilə birlikdə “Yerli Qəzəb” adlı taktiki təlimlər keçirib.

Süni yaradılmış müsəlman şəhərinə “hücum edən” ABŞ və BƏƏ ordusu hava və dəniz piyadaları vasitəsilə əməliyyat keçirib.

Qərb mətbuatı bu əməliyyatın Yaxın Şərqdə ehtimal ki, İrana qarşı savaş məşqi olduğunu yazsa da, komandirlər bu əməliyyatın iki ildən bir keçirildiyini bildirib.

Lakin ABŞ ordusunun sürətlə İraqdakı bazaları boşaltması və körfəzin daha etibarlı ölkələrində müharibə məşqləri etməsi indi Pentaqonun yeni savaşa başlayacağı ilə bağlı şübhələrə səbəb olub.

www.yenicag.az

674
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv