Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“YouTube” istifadəçisindən yeni ixtira

The Action Lab adlı YouTube kanalını idarə edən şəxs, öz görünməz çətirini hazırladı. Onun görünməz çətir olaraq izah etdiyi hava çətiri, hava axınlarının köməyi ilə yağışdan qorunmağı təmin edir.

2016-cı ildə hava çətiri layihəsi üçün 102.000 dollar fond toplandı. Ancaq layihə tamamlana bilmədi və fond üçün toplanan pul xeyriyyəçilərə geri qaytarıldı. Bu mövzuda yeni bir video hazırlayan YouTube istifadəçisi isə, daha uğurlu olduğunu söyləyə bilərik.

O, hazırladığı hava çətirinin kiçik bir tətbiqini də kanalından paylaşdı.

YouTube istifadəçisinin üzərində işlədiyi mexanizm, hava təzyiqi köməyi ilə yağış damcılarının yollarını dəyişdirir. Hava təzyiqi köməyi ilə üzərinizdə bir qalxan yaranır. Bu hava qalxanı, yağış damcılarını başqa istiqamətlərə göndərir.

Bu ixtiranı edənlər hava çətiri hazırlamaq mövzusunda qarşılaşdıqları ən əhəmiyyətli problem, insanları yağış damcılarının təzyiqindən qoruyan güclü bir mühərrikə ehtiyac duyulması idi.

Mühərrikin ağırlığı ilə yanaşı yağış damcılarının yerə düşmə sürəti və damcıların ortalama radiusu kimi faktorlar da hava çətirini düzəltmək üçün nəzərə alınmalıdır. The Action Lab adlı kanalın sahibi, kiçik bir hava çətiri düzəldə bildi. Ancaq bir insanı qoruyacaq böyüklükdə bir hava çətirinə nə vaxt sahib ola biləcəyimiz bilinmir. (milli.az)

www.yenicag.az

474
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100