www.sinerjipro.net

SinerjiProWide
Reklam

Nurcular-main
Parlament seçkiləri yaxınlaşdıqca deputat olmaq iddiasında olanların sayı artır.

Xüsusən deputatlığı dövründə heç bir aktivlik göstərməyən, Milli Məclisin plenar və komitə iclaslarında bir dəfə olsun çıxış etməyən, seçiciləri ilə təmasdan yayınan deputatların dairəsindən qalib olmaq uğrunda mübarizə daha da qızışır.

45138_srcYenicag.az Aktual.az-a istinadən xəbər verir ki, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsini parlamentdə təmsil edən deputat Ərəstun Cavadov bu dəfə seçkilərdə namizəd olaraq iştirak etməyəcək.

Cəmiyyətdə daha çox biznesmen kimi tanınan Ərəstun Cavadov bundan sonra yenidən biznes fəaliyyətilə məşğul olmaq, əvvəllər rəsmi, sonradan isə qeyri-rəsmi sahibi olduğu “Mərkəzi Univermaq” ASC-yə rəhbərlik etmək niyyətindədir.

Biznesmen-deputatın seçki marafonundan geri çəkilməsi bu dairədən deputat olmaq iddiasında olanların sayını artırır.

Əldə etdiyimiz məlumata görə, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən əsas iddiaçı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Elşad İsgəndərov olacaq.

Bir müddət adı “fətullahçılıq”da hallanan keçmiş komitə sədri buna qədər Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin I katibi, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Baş Katibi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri olub.

Ötən parlament seçkilərində adıçəkilən dairədə hazırki deputat Ərəstun Cavadova əsas rəqiblərdən olan E.İsgəndərov bu dəfə mandat almaqda israrlıdır və onun bu məqsədlə müvafiq dairələrdən razılıq əldə etdiyi iddia olunur.

Yenicag.az xəbər verir ki, Prezident Aparatının sabiq şöbə müdiri və Gülənin gənclər imamı Elnur Aslanovun ən yaxın kadrlarından olan Elşad İsgəndərov Bakıda bu yöndə gizli görüşlərini davam etdirməkdədir.

45139_srcXəbər verdiyimiz kimi, Elnur Aslanovun digər kadrı – Ceyhun Osmanlı da İsgəndərov kimi parlament seçkilərinə ciddi şəkildə hazırlanmaqdadır.

Onların bu hazırlığı ilə bağlı iki mülahizə var: Ya deyildiyi kimi bunlar “amnistiya”ya düşüblər, ya da Gülən Camaatı bu namizədlərlə iz azdıraraq, diqqəti kripto namizədlərindən yayındırmaq istəyirlər.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 59
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."