“Srağagün helikopterin qəzaya uğraması nəticəsində İran prezidenti Seyid İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və nümayəndə heyətinin üzvləri olan digər yüksək vəzifəli şəxslərin həlak olduğu artıq təsdiqlənib. İranın ali dini lideri Ayətullah Seyid Əli Xameyni artıq bəyanat verərək, hər şeyin nəzarət altında olduğunu bildirib. Prezidentin səlahiyyətlərini yeni prezident seçkiləri keçirilənədək müvəqqəti olaraq birinci vitse-prezident Məhəmməd Möhbər icra edir. O, artıq Təbrizdə hökumətin ilk növbədənkənar iclasını keçirib”.