!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Helikopter qəzasının formalaşdıracağı yeni REALLIQLAR: “Bu, Cənubi Qafqaz üçün mühüm məqamlardan biridir”

!Reklam – Yazi

“Yeni prezidentin hakimiyyətə gəlişi region üçün yeni reallıqların formalaşması deməkdir”.

Bunu Yenicag.az-a açıqlamasında İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin həlak olmasından sonra regionda yaranacaq yeni reallıqlardan danışan politoloq Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Rəisinin başına gələn faciənin hansı səbəbdən baş verdiyindən asılı olmayaraq, siyasi proseslərə təsir göstərəcək hadisədir.

“İranda yeni şəxsin hakimiyyətə gələcəyi, eyni zamanda, Tehranın xarici və daxili siyasətdə müəyyən dəyişikliklər edəcəyi hər kəsə bəllidir. Helikopter qəzasına qədər olan dövrdə İran-Azərbaycan münasibətlərində isinmə müşahidə olunurdu. Bu, Cənubi Qafqaz üçün mühüm məqamlardan biridir. Qeyd etmək lazımdır ki, Bakı və Tehran arasındakı yaxınlıqdan məmnun qalan ölkələrlə yanaşı bunu istəməyən qüvvələr də mövcuddur.

Yeni prezidentin hakimiyyətə gəlişi region üçün yeni reallıqların formalaşması deməkdir. İlk növbədə 3+3 formatında irəliləyişlərin olmasına şərait yaranacaq. Çünki indiyə qədər İran-Azərbaycan, Gürcüstan-Rusiya arasındakı soyuq münasibətlər 3+3 formatının düzgün fəaliyyətinə imkan vermirdi. Lakin dövr dəyişib, həm Azərbaycan-Ermənistan, həm də Azərbaycan-İran münasibətlərində müsbət mənada inkişaf, Gürcüstan-Rusiya münasibətlərinin isə mahiyyətində dəyişmələr var. Belə ki, Gürcüstan özünü Qərbin yad təsirlərindən qorumaq üçün açıq-aşkar addımlar atmağa başlayıb. Bu isə region dövlətlərinin daxili münasibətlərində inkişafın yeni mərhələsi deməkdir”, – deyə politoloq bildirib.

Siyasi şərhçi qeyd edib ki, həmçinin yeni dövr regionda kommunikasiyaların açılması istiqamətində də addımların atılacağı deməkdir:

“Xüsusilə Azərbaycanla Ermənistan arasında nəqliyyat dəhlizinin gerçəkləşdirilməsi yeni mərhələnin parçası kimi sayıla bilər. Əlavə olaraq, Azərbaycan-İran münasibətlərinin normallaşmasının Ermənistana mesaj olduğunu xüsusi vurğulamaq lazımdır. Yəni İrəvan region üçün beynəlxalq layihələrdən geri qalmamaq üçün Azərbaycana qarşı xarici siyasətdə normallaşma prinsipini əsas götürməlidir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

335
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv