Milli Hidrometeorologiya Xidmətinin mayın 01-i saat 08:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisinin bəzi yerlərində şimal-qərb küləyi əsir.
Papa Fransisk Həzrətlərinin Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsinə göstərdiyi diqqəti yüksək qiymətləndiririk. Yenicag.az xəbər verir ki, bunu Azərbaycan […]
Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbul-Qeyt ərəb ölkələrini Mərkəzi Asiya və Azərbaycanla iqtisadi inteqrasiyanı sürətləndirmək üçün mexanizmlərin qurulmasına çağırıb.
Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 28 aprel 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələrini elan edib.
Bakı və İrəvan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Almatıda keçiriləcək görüşdə iştirak edəcəklərini təsdiqləyiblər.
“Üç aylıq bir peşəni hər hansı bir peşə təhsili mərkəzində mənimsəmək, yaxud altı aylıq bir kurs keçmək, əmək bazarı üçün üç-dörd il kollec oxumaqdan daha faydalıdır”.