“Nar”ın da tərəfdaşı olduğu Azərbaycan Voleybol Federasiyasının (AVF) qadın və kişi voleybolçulardan ibarət yığma komandaları mayın 17-də Qızıl Avropa Liqasında mübarizəyə başlayacaq.
“Bu dəfə rəsmilərin diqqətinə başqa bir şeyi çatdırmaq istəyirik. Biz görürük ki, Rusiya ordusu 2 il ərzində kifayət qədər təkmilləşib, səhvlərindən nəticə çıxardıb, vahid komandanlıq formalaşıb, mobil qüvvələrlə hücumlara başlayıblar”.
Sosial şəbəkələrdə hibrid avtomobillərinin Bakı-Quba-Rusiya Federasiyası ödənişli yoluna buraxılmaması barədə iddialar yayılıb. Sosial şəbəkədə video paylaşan sürücü bildirib ki, yolun girişindəki elektron lövhədə "Hibrid giriş yoxdur" yazısı qeyd olunub.
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 16-da Efiopiya Federativ Demokratik Respublikası baş nazirinin müavini Temesgen Tirunehin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar.