Son vaxtlar paytaxt Bakıda, eləcə də bölgələrimizdə qida zəhərlənmələrinə məruz qalan insanların sayı günbəgün artır. Elə təkcə dünən Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40 nəfərə çatıb. Paytaxt Bakıda isə 2 nəfər zəhərlənmə diaqnozu ilə həyatını itirib. Bu cür halların durmadan artmasının səbəbi nədir?