Ağdaşda güllələnən müəllimlə bağlı şok fakt – Qətldən əvvəl… – Yenicag.Az

Reklam

Reklam

Ağdaş rayonunun Qaradağlı kəndi ərazisində baş verən qətl hadisəsi ilə bağlı təfərrüatlar məlum olub.

Qaradağlı kənd bələdiyyəsinin sədri Əli Musayev Yenicag.az-a açıqlamasında hadisədən danışıb:

“Nizami ilə onu öldürən Hüsü adlı şəxs əvvəllər dost olub. Hüsünün atası Qarabağ əlilidir. Deyilənə görə, səhər saat 7-8 radələrində Hüsü onu evindən çağırıb. Nizaminin də evi qəbiristanlığın yaxınlığında yerləşir. Hüsü onu qəbiristanlığın yanına çağırıb və orada başından güllələyib. Güllə səsinə camaat yığışıb. Görüblər ki, artıq gecdir. Nizami dünyasını dəyişib. Səbəb bilinmir. Nizamini morqa aparmışdılar, indi gətiriblər, dəfn edəcəklər. Hüsü də özü polisə gedərək təslim olub”.

Bələdiyyə sədri Nizaminin əvvəllər həbsdə olduğunu bildirib:

“Nizami vaxtilə 12 il həbsxanada yatıb. O, qonşu kənddə idman müəllimi işlədiyi vaxtlarda bir oğlana yumruq vuraraq öldürüb. Ehtiyatsızlıq ucbatından baş verən bu cinayətə görə həbs olunub. İndi də bu hadisə baş verdi”.

Cəvahir

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 7338
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."