!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bəxti “açılan” RƏQABƏT MƏCƏLLƏSİ: “Hər hansı şirkət bazarda hökmran mövqeyə malikdirsə...” – Millət vəkili

!Reklam – Yazi

“Sahibkarın bazarda payı kifayət qədər böyükdürsə, onun bazara təsir imkanları da yetərincə çox olur”.

Bu fikirləri uzun gözləntidən sonra parlamentin müzakirəsinə çıxarılan Rəqabət Məcəlləsi layihəsində yer alan şirkət və ya sahibkarın bazardakı pay həddi haqqında müddəanı dəyərləndirən Milli Məclisin deputatı Vüqar Bayramov Yenicag.az-a açıqlamasında deyib.Millət vəkilinin sözlərinə görə, bu məsələdə ABŞ və Avropanın analoji təcrübəsindən yararlanmaq məqsədəuyğundur:

“Rəqabət Məcəlləsi layihəsinə əsasən, hər hansı şirkət və ya sahibkar bazarda hökmran mövqeyə malikdirsə, bu halda onun bazara təsiri qiymətləndirilməlidir.
Layihədə bu göstərici 50 faiz nəzərdə tutulur. Həm ictimai müzakirədə, həm də komitə iclasındakı çıxışımda mən bu həddin 40 faizə endirilməsini təklif etdim. Çünki Avropa İttifaqında, Gürcüstanda, eləcə də bir sıra ölkələrdə bu rəqəm 40 faiz səviyyəsində qəbul olunub. Fikrimcə, müzakirələrin məhz bu hədd üzərində aparılması daha məqsədəuyğundur.

Təklif edilən layihəyə uyğun olaraq, şirkət, yaxud da sahibkarın bazardakı payı 50 faizdən artıq olursa, onun bazara təsirləri rəqabət orqanı tərəfindən qiymətləndirilməlidir. Əgər bazarda süni qiymət artımı baş vermirsə, rəqabət tələbləri pozulmursa və ya bazara çıxış imkanlarına əngəl törədilmirsə, bu halda sahibkarın fəaliyyətinin bazara təsir etmədiyi müəyyənləşdirilir.

Lakin digər ölkələrin praktikası göstərir ki, adətən, hər hansı sahibkarın bazarda payı kifayət qədər böyükdürsə, yəni 70 fazdən çoxdursa, onun təsir imkanları da yetərincə çox olur. Bu halda rəqabət orqanları tərəfindən həmin sahibkarla bağlı zəruri addımlar atılır.

Bütün bunları nəzərə alaraq təklif etmişdim ki, yuxarıda bəhs olunan rəqəm 50 faizdən 40-a endirilsin. Çünki bazarda 80-90 faiz paya malik sahibkarın təsir imkanları kifayət qədər böyük olur. Ona görə də həmin şirkətin bazar payının azaldılması, yaxud da Avropa və ABŞ-da olduğu kimi bir neçə şirkətə bölünməsi, həmçinin digər şirkətlərin bazara daxil olmasının təşviq edilməsi çox vacibdir”.

Yusif Səmədzadə

COP29

www.yenicag.az

451
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv