Rusiya–Ukrayna gərginliyi kritik HƏDDƏ ÇATDI: ABŞ raketləri təsirini göstərir

media-hightechnic-468x90

 

“”Tomaqavk”lardan sonrakı mərhələ taktiki nüvə silahlarıdır”.

Bu sözləri Rusiya–Ukrayna müharibəsinin daha da şiddətlənməsi, böyük dövlətlərin müharibə hazırlığı və gözlənilənləri Yenicag.az-a şərh edən hərbi ekspert Tərlan Eyvazov deyib.

media-media-img_0946-913is2-1

Tərlan Eyvazov bildirib ki, atılan addımlar müharibəni bitirməkdənsə, miqyasını daha da böyüdür:

“Donald Trampa çox böyük ümid bəslənilsə də, nə Yaxın Şərqdə, nə də Rusiya–Ukrayna cəbhəsində sülhə nail olunmadı. Hər ikisi davam edir. Rusiya–Ukrayna müharibəsi daha da şiddətlənir. Bunun səbəbi odur ki, Rusiya istədiyini əldə edə bilmir. Əlində olan arsenaldan istifadə etsə də, qazandığı uğurlar verdikləri itkilərdən azdır. Ukrayna özü də əvvəlki Ukrayna deyil — özü silah istehsal edir. Rusiya üç ildən artıqdır ki, müqavimətlə üzləşir. Sülh baş tutmadığı üçün ABŞ yenidən Qərbin dəstəsinə qayıdır. ABŞ əvvəlcə düşünürdü ki, loyal münasibət göstərməklə Rusiyanı və onun liderini ələ ala bilər. Ancaq Rusiya liderinin Çində keçirilən hərbi paradda iştirakı və Çinin ətrafına yığdığı ölkələrə verdiyi mesaj göstərdi ki, biz də blok sayıla bilərik. Rusiyanı zəiflətmək üçün Qərb düşünür ki, Rusiyaya yeni silahlar verməlidir.

ABŞ-ın Ukraynaya “Tomaqavk” raketləri verəcəyi deyilir. Bu raketlərin Ukraynaya verilməsi o demək deyil ki, ukraynalılar bunlardan istifadə etməyə tam hazırdırlar. Əgər “Tomaqavk”lar Ukraynaya verilərsə və onun yanında ABŞ hərbçiləri gəlsə, Rusiya bunu Qərbin bilavasitə müharibədə iştirakı kimi başa düşəcək. Hazırkı vəziyyət çox ciddidir. Hazırkı proseslər “Karib krizi” ilə müqayisə oluna bilər.

ABŞ ilə Çin arasında danışıqlar baş verməlidir ki, məsələ öz həllini tapsın. 1960–80-ci illərdə baş verən bütün krizislər ABŞ ilə SSRİ arasında həll edilirdi. Güc nisbəti dəyişib Çin SSRİ-nin yerini alıb. Əgər bu proseslər danışıqlar yolu ilə həll olunmasa, “Tomaqavk”lardan sonrakı mərhələ taktiki nüvə silahlarıdır. Taktiki nüvə silahının işlədilməsi strateji nüvə silahlarının işlədilməsinə yol açacaq bu isə dünyanın sonu deməkdir”.

Səxavət Məmməd

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa