!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu yeməklər pişikləriniz üçün TƏHLÜKƏLİDİR!

!Reklam – Yazi

Piylənmə təkcə insanlar üçün deyil, heyvanlar üçün də təhlükəlidir. Xüsusilə, yanlış qida seçimi heyvanlarda artıq çəkiyə səbəb olur.

Düzgün qida seçimi necə etmək olar?

Yenicag.az xəbər verir ki, Ondokuz May Universiteti (OMÜ) Baytarlıq Fakültəsi Heyvanların Qidalanması və Qidalanma Xəstəlikləri Bölümü Müəllim Prof. Dr. Zəhra Səlçuk pişiklərin düzgün qidalandıqılması üçün sahiblərə tövsiyyələr edib.

Düzgün qidalanma ev heyvanları üçün həyati məsələlərdən biridir. Yanlış qidadan istifadənin ev heyvanlarında piylənmə riskini artırdığını nəzərə alaraq, heyvanın genetik quruluşuna, fizioloji vəziyyətinə, yaşına və çəkisinə görə düzgün qidaya üstünlük verilməlidir.

“Ən böyük səhvlərdən biri seçilən qidanın heyvanın ehtiyaclarına cavab verib-vermədiyini dəqiq bilməməkdir. Genetik quruluşa, fizioloji vəziyyətə, yaşa görə düzgün qida seçmək lazımdır.
Əgər yemək quru qidadırsa, etiketi çox diqqətlə oxunmalıdır. Çünki o etiketlərdə gündə nə qədər yemək verməli olduğumuzu ölçü ilə qeyd edir. Pişik və itləri bəsləyərkən bu ölçülərə əməl etmək əslində çox vacibdir. Çünki belə qidalar onların 24 saatlıq ehtiyaclarını ödəyir. Bundan başqa, sadəcə su vermək kifayətdir.

Sağlam bir heyvan qum saatı görünüşünə sahib olmalıdır. Normalda ideal vəziyyətdə olduğumuz zaman qum saatı görünüşünə sahib olmalıyıq. Bu, pişik və itlərdə də belədir”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

305
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv