Diş ağrısının səbəbi 465 milyon illik balıq zirehləri çıxdı – ŞOK ARAŞDIRMA
İnsan dişlərinin ağrı və soyuğa qarşı həssaslığının səbəbi tapılıb. Alimlərin araşdırmasına görə, bu xüsusiyyətin mənşəyi təxminən 465 milyon il əvvəl yaşamış balıqların zirehli dərilərinə qədər gedib çıxır.
Yenicag.az xəbər verir ki, dişin iç qatını təşkil edən və ağrı siqnallarını ötürən dentin maddəsi qədim balıqlarda da mövcud olub.
Alimlər bu balıqların dərilərindəki “odontod” adlı çıxıntıların dentinlə dolu olduğunu və sensor funksiyasını yerinə yetirdiyini müəyyənləşdirib.
Çikaqo Universitetindən Yara Həraydi və komandası 443–541 milyon il əvvələ aid fosilləri kompüter tomoqrafiyası ilə incələyib. Onlar “Anatolepis heintzi” adlı canlıda dentinə bənzər maddə və müasir xərçəng, balıq və hörümçəklərdəki sensor orqanlarına oxşar quruluşlar aşkarlayıblar.
Bu tapıntılar göstərir ki, insan dişi zamanla bu sensor strukturlardan təkamülləşib. Alimlər bildirirlər ki, bu qədim sensor orqanları balıqlara təhlükəni hiss etməyə və sağ qalmağa kömək edib.
Həraydinin sözlərinə görə, diş ağrısı, əslində, qədim balıqların yaşamaq üçün inkişaf etdirdiyi faydalı hissi qavrayış sistemin qalıqlarıdır.